Putin hərbi vəziyyət elan etdi - Rusiyanın bu şəhərlərində giriş-çıxışlar məhdudlaşdırıldı

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edib.

Yenicag.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilhaq edilmiş Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

Rusiya Təhlükəsizlik Şurası ilə görüşdə danışan Putin Ukraynada hərbi əməliyyatı sürətləndirmək üçün Baş nazir Mixail Mişutsinin rəhbərliyi ilə koordinasiya komitəsi quracaqlarını açıqlayıb.

Putinin imzaladığı fərmana əsasən, Rusiyanın Ukrayna ilə sərhədinə yaxın Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərində, həmçinin Ukraynanın ilhaq etdiyi Krım və Sevastopolda da giriş-çıxışlar məhdudlaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600