Putin sabah Soçidə Con Kerri ilə görüşəcək

media-hightechnic-468x90

93897_res_01ABŞ dövlət katibi Con Kerri sabah Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Kremldəki mənbələrə istinadən məlumat yayıb. Xəbərdə deyilir ki, ABŞ Dövlət Departamentindən görüşün sabah – mayın 12-də Soçidə keçiriləcəyini bildiriblər.

ABŞ dövlət katibinin Rusiya prezidentindən başqa rusiyalı həmkarı Sergey Lavrov və Rusiyanın digər rəsmi şəxsləri ilə danışıqlar aparacağı gözlənilir. Müzakirələrdə əsas diqqət İran, Suriya və Ukrayna məsələlərinə, habelə ABŞ-Rusiya münasibətlərinə yetiriləcək. Qeyd edək ki, C.Kerrinin Soçiyə səfəri mayın 11-də başlayır.

Rusiya mətbuatının yazdığına görə, Moskva ümid edir ki, C.Kerri Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni təkliflə çıxış edəcək.

Rusiya tərəfi ABŞ dövlət katibinin səfərindən dirçəliş gözləməsə də səfərin çox vacib olduğunu açıqlayıb.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel də mayın 10-da Moskvada Vladimir Putinlə Ukraynanın şərqindəçki münaqişəni müzakirə edib. Ukraynanın şərqində atəşkəsə baxmayaraq silahlı toqquşmalar vaxtaşırı davam edir. Atəşkəs razılaşması bu ilin fevralında Minskdə, Almaniya və Fransanın vasitəçiliyi ilə əldə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600