Putin seçkilərlə bağlı xalqa müraciət etdi

media-hightechnic-468x90

Ruslar martın 15-17-də keçiriləcək prezident seçkilərində iştirak etməlidirlər, çünki bu, yaxın illərdə Rusiyanın inkişafına təsir göstərəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın hazırkı lideri Vladimir Putin vətəndaşlara müraciətində deyib.

Rusiya lideri videomüraciətində qeyd edib ki, birlikdə irəliləmək əzmini təsdiq etmək lazımdır: “Səsinizin hər biri dəyərli və əhəmiyyətlidir. Ona görə də sizi növbəti üç gündə səsvermə hüququnuzdan istifadə etməyə çağırıram”.

O, Rusiyanın çoxmillətli xalqının böyük bir ailə olduğunu vurğulayıb: “Yalnız siz, Rusiya vətəndaşları, Vətənin taleyini müəyyənləşdirirsiniz. Siz sadəcə səs verməklə kifayətlənməməli, iradənizi və arzularınızı, Rusiyanın gələcək inkişafında şəxsi iştirakınızı qətiyyətlə bəyan etməlisiniz, çünki seçkilər gələcəyə bir addımdır”./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05