Rusiya prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya lideri müvafiq fərman imzalayıb.
“Rusiya Xarici İşlər Nazirliyinin xüsusi göstərişi ilə səfir Nikolay Nikolayeviç Udoviçenko Rusiya Federasiyası Prezidentinin ölkənin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan qonşu dövlətlərlə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edilib, həmçinin Rusiya Federasiyasının dövlət sərhədinin Abxaziya Respublikası, Gürcüstan və Cənubi Osetiya Respublikası ilə delimitasiyası və demarkasiyası üzrə məsuliyyət ona həvalə edilib.
Bu fərman imzalandığı gündən, oktyabrın 22-dən qüvvəyə minir”, – deyə məlumatda qeyd olunub.