!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin strateji ehtiyatlarını yandırır: Rusiyanın tankları nə vaxt tükənəcək?

!Reklam – Yazi

Kremldə tankların nə vaxt tükənəcəyini ancaq təxmin etmək olar. Anbarda olan 4.500 tank və ekspertlərin fikrincə, xidmətdə olan 2000 tank cəmi 6500 ədəd təşkil edir. Son altı ayda Rusiya 620 vizual təsdiqlənmiş tankını itirib. Təsdiq olunmamışları da əlavə etsək, bu rəqəm 650-yə yaxınlaşacaq. Beləliklə, anbarlarda mövcud olan tanklar daha 5 il xidmət göstərəcək.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Neue Zürcher Zeitung” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Ukrayna nöqteyi-nəzərindən bu, fəlakətli nəticə olardı, lakin bir şeyi nəzərə almaq lazımdır.

“Kreml bütün tanklarını itirdiyinə və ordunun “kağız pələng”ə çevrilməsinə baxıb bunu seyr etməyəcək. Əksinə, bundan çox əvvəl əks tədbirlər görməli olacaq. Mövcud tankların ümumi sayı münaqişədən əvvəlki səviyyədən aşağı (təxminən 3 min tank) düşdükdə kritik nöqtəyə çatacaq. Bu isə 2,7 ildən sonra baş verəcək”, nəşr yazır.

Nəşrin məlumatına görə, əgər 1950-1960-cı illərdən köhnəlmiş 800 sovet tankını əlavə etsək, mart ayından hesablanmış 2,1 il müddət qalacaq.

“Rusiya tank istehsalı zəif olaraq qalır. Rusiya hərbi sənayesinin ən böyük uğuru nəhəng sovet anbarlarında qalmış ehtiyat tankları zamanında təmir edib cəbhəyə göndərməsi və itkiləri zamanında kompensasiya etməsi oldu. Lakin bu ehtiyatlar da nə zamansa tükənə bilər. Hesablamalara görə, Rusiyanın hələ 2-3 illik müəyyən ehtiyatları qalıb. Rusiya tərəfi istehsala daha çox maliyyə ayırır, amma hələlik bu rəqəmi artırmaq imkanları azdır”, – deyə məlumatda qeyd olunub.

KİV-in analitiklərinin fikrincə, yeni müdafiə naziri Andrey Belousov tərəfindən hərbi xərclərin ÜDM-ün 7-8%-ə çatdırılması bəlkə də yaxın gələcəkdə buna imkan verəcək, amma hələlik Moskva yalnız ehtiyatlara güvənə bilər ki, bu ehtiyatlar da getdikcə azalmaqdadır.

“Çin Moskvaya tank tədarük etməyə başlasa, təxmin edilən müddət artacaq. Əksinə, Ukrayna Qərbdən daha çox artilleriya mərmisi və ya tank əleyhinə minalar alarsa, onda bu müddət iki ilə endirilə bilər. Rusiyanın bərpa etdiyi tankların getdikcə keyfiyyətsiz olacağı da ehtimal edilir”, – “Neue Zürcher Zeitung” nəşrinin araşdırmasında qeyd edilib.

Rafi Müslümov

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv