“Putin universal qaydaları zədələdi”

media-hightechnic-468x90

jjjjjjjjUkrayna hadisələri ətrafında hadisələr gərginləşdikcə ABŞ və Rusiya rəsmiləri arasında söz dueli artan xətt üzrə inkişaf edir.

Ukraynalı jurnalist Miroslav Qonqadzeyə istinadən ABŞ vitse-prezidenti Cozef Baydenin Rusiya Prezident Vladimir Putinlə bağlı bəzi fikirlərini diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Qonqadze özünün Feysbuk səhifəsində ABŞ-ın vitse-prezidentinin Vaşinqtonda keçirilən brifinqdə səsləndirdiyi bu tezisini yerləşdirib:

“Yaranmış bugünkü krizis Kremldə, prezident Vladimir Putinin başında doğulub. Rusiya nəinki Ukraynanın müstəqilliyini pozdu, hətta Avropanın ən təməl prinsiplərinə xələl gətirdi, universal qaydaları zədələdi”.

Xatırladaq ki, bundan az öncə ABŞ Dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovun davranışlarını “vəhşilik, yadplanetli təfəkkürü” adlandırıb(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600