"Putin Zelenski ilə görüşmək niyyətində deyil" - Lavrov

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində deyil.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, prezident Vladimir Putin Zelenski ilə görüşə razılıq verməyib.

Nazirlik qeyd edib ki, belə bir sammit hazırda gündəmdə deyil.

“Zelenski-Putin görüşü ciddi hazırlıq tələb edir və yalnız danışıqların sonunda, yekun mərhələdə baş tuta bilər”, – Lavrov əlavə edib.

Qeyd edək ki, AFP-nin iddiasına görə, Kreml rəhbəri ukraynalı həmkarı ilə Moskvada görüşməyi təklif edib./Axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa