Putinə qeyri-adi hədiyyə bağışlanıb-Video

media-hightechnic-468x90

5132Bu gün 62 yaşını qeyd edən Vladimir Putinə pələng hədiyyə edilib. Amma oyuncaq. Bu hədiyyəni Rusiya liderinə məşhur alim-zooloq, teleaparıcı və Ümumdünya Vəhşi Təbiət Fondunun yaradıcılarından biri Nikolay Drozdov edib.

Amur pələngi hədiyyəsini verməsinə səbəb Putinin Uzaq Şərqdə yırtıcı heyvanların qorunması üçün gördüyü işlər olub.

Dorzdov Putinə video müraciətində onu öz adından və “Heyvanlar aləmində” proqramının adından təbrik edib, ona Amur pələnginin qorunmasında gördüyü işlərə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, oktyabrın 7-si Putinin 62 yaşı tamam olur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, prezident ad gününü qeyd etmək üçün bir günlük istirahət götürüb. Dövlət başçısı ad gününü Sibir tayqasında qeyd edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa