Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putinə sonuncu təklif: Obama cavab gözləyir

8
ABŞ Suriyada razılaşma ilə bağlı Rusiyaya sonuncu təklifini irəli sürüb.

AzVision.az “The Washington Post”-a istinadən xəbər verir ki, rəsmi Vaşinqton Moskvadan cavab gözləyir.

Məlumata əsasən ABŞ-ın təklifində Suriyada bütün ölkə ərazisində atəşkəsin elan edilməsi, humanitar dəhlizin yaradılması, Suriya aviasiyasının uçuşlarının dayandırılması, həmçinin terrorçuların mövqelərinə Rusiya-ABŞ birgə hava zərbələrinin endirilməsi nəzərdə tutulur.

Rusiyanın rədd cavabı verəcəyi təqdirdə, Vaşinqtonun hansı addımı atacağı bilinmir.

Qeyd edək ki, sentyabrın 5-də G20 sammiti çərçivəsində Çində Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında görüş keçirilib.

Yenicag.az

Loading...

www.yenicag.az

434
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100