!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin Azərbaycana səfəri dünya mediasının gündəmində

!Reklam – Yazi

 

Putin Orta dəhlizdə önəmli halqaya çevrilən və Qarabağı işğaldan azad edən, son zamanlar Cənubi Qafqazda nüfuzunu artıran Azərbaycana iki günlük dövlət səfərinə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Atlantic” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Rusiya liderinin bu qədər gərgin zamanda Bakıya səfəri hər kəsi düşündürür:

“Biz bunu diqqətlə izləyirik. Putin sonuncu dəfə 6 il öncə 2018-ci ilin sentyabrında Bakıda olub. Rusiyanın o dövr geosiyasi durumu daha yaxşı vəziyyətdə idi”.

Nəşrin analitiklərinin fikrincə, Moskva hazırda Azərbaycana qarşı təzyiq rıçaqları azdır və əksinə, Bakı ilə əməkdaşlığa ehtiyac duyur.

“Bu baxımdan Azərbaycanın manevr imkanları daha çoxdur. Bu isə Bakının Moskva üçün artan rolundan xəbər verir. Putin Kurskda böhrana baxmayaraq Bakıya səfəri təxirə salmaması onu göstərir ki, bu görüş Rusiya lideri üçün böyük əhəmiyyət daşıyır”, – deyə məlumatda qeyd olunub.

Bundan əlavə, Rusiya nəşrləri V. Putinin Azərbaycan səfəri ilə bağlı silsilə məqalələr dərc edib.

Nüfuzlu “Regnum” portalının bununla əlaqədar yayımladığı “Sudjanı necə geri qaytarmaq olar? Azərbaycan qazı ilə. Biz Bakıya ona görə gedirik?” adlı məqaləsində qeyd olunub ki, may ayında Slovakiyanın baş naziri Robert Fiko Azərbaycana səfəri zamanı Ukrayna ərazisindən tranzit sövdələşməsinin mümkünlüyünü istisna etməyib.

“Və bir qədər sonra yayda Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Aleksey Qrivaç qeyd etdi ki, Azərbaycanın Avropa İttifaqı ölkələrinə qaz tədarük etmək üçün Ukrayna qaz kəmərindən istifadə etmək üçün iki mümkün yolu var.

Birincisi, bu kəməri işlədən “Naftoqaz”ın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və ya başqa strukturla əvəzlənməsidir. Bu, Azərbaycana Ukraynanın qaz nəqli sisteminə birbaşa nəzarəti əldə etməyə imkan verəcək. İkinci variant isə Rusiya və Azərbaycan qazının tədarükünün dəyişdirilməsidir. Bu sxem üzrə SOCAR Türkiyəyə müəyyən həcmdə qaz verəcək, sonra isə Ukrayna ilə sərhəddə “Gazprom”dan eyni həcmdə qaz alacaq”.

“Maraqlıdır, Əliyev Zelenskini Sudja qaz emalı terminalına nəzarəti qaytarmağa inandıra biləcəkmi? Bəlkə də Bakı heç Sudda terminalının “Gazprom”un nəzarətinə qaytarılması üçün həvəsli olmayacaq, əvəzində, SOCAR-ın “Naftoqaz”la “sadəcə, razılığa gəlməsi” kifayət edəcək.

İstənilən halda, indi Qərb, Ukrayna və Rusiya ticarəti davam etdirmək üçün Əliyevin sehrli çubuğuna və onun iştirakına ehtiyac duyurlar. Çünki bu Azərbaycan lideri üçün çox böyük prestij və imkan demək olacaq. Bakı Kiyev, Moskva və Brüssel arasında manevr etməklə öz maraqlarını maksimum qorumağa çalışır və geosiyasi vəziyyət hazırda Bakı üçün əlverişlidir”, – deyə məlumatda qeyd olunur.

Rafi Müslümov

COP29

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv