Xocalı soyqırımında itkin düşən şəhidimiz Xəzər rayonunda torpağa tapşırılıb - FOTO

media-hightechnic-468x90

Oktyabrın 31-də Xəzər rayonunun Zirə qəbiristanlığında Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan qalıqları tapılmış, Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərdən Əliyev Mikayıl Atababa oğlunun dəfn mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, qohumları Xəzər və Nizami Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə və Daxili İşlər Nazirliklərinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun əldə etdiyi möhtəşəm Zəfər və 2023-cü  ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ torpaqlarının erməni işğalçılarından tamamilə azad edilməsi, ölkəmizin suverenlik və ərazi bütövlüyünün tamamilə bərpa olunması, uzun illərin həsrətindən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışından bəhs edib və bu yolda şəhid olanların hər birinin xatirəsinin əziz tutulduğunu vurğulayıblar.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklilər qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də paytaxtın Nizami rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Mikayıl Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək dünən dəfn olunan beş şəhiddən biridir.

media-img_9310 media-img_9309 media-img_9308 media-img_9307

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa