Rusiya Yaponiyaya etiraz etdi

media-hightechnic-468x90

Rusiya oktyabrın 20-dən 31-dək keçirilən və öz sərhədi yaxınlığında yerləşən Hokkaydo adası da daxil olmaqla, bütün Yaponiyanı əhatə edən geniş miqyaslı “Joint Exercise 2025” hərbi təlimləri ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə kəskin etirazını bildirib.

Yenicag.az xəbər verir ki,bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bu cür hərbi fəaliyyətin ölkənin Uzaq Şərq sərhədlərinin təhlükəsizliyinə potensial təhdid yaratdığını qeyd edib.

Moskva xüsusən Yaponiyanın İvakuni bazasında orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulmuş “Tayfun” raket sistemi batareyasının yerləşdirilməsi ilə bağlı narahatlığını bildirib. Kompleks sentyabrın 11-dən 25-dək keçirilmiş “Resolute Dragon 25” birgə Yaponiya-ABŞ təlimləri başa çatdıqdan sonra bazada saxlanılmışdı.

Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa