Putinin güvənmədiyi GENERALİTET: “Ona görə də peşəkarları deyil, özünə loyal olanları...” – MÖVQE

media-hightechnic-468x90

“Əminəm ki, onların hər biri yerinə yetirilməyəcək tapşırığın icrası üçün göndərildiklərini bilirlər”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə ölkənin hərbi rəhbərliyi arasında problemlərin dərinləşməsindən danışan Dövlət Dumasının sabiq deputatı Gennadi Qudkov deyib.

Onun sözlərinə görə, Putin yeni komandanların təyinatı zamanı peşəkarlara yox, ona münasibətdə loyal olan generallara üstünlük verir:

“Əslində, Surovikinin təyinatı da bu amil əsasında baş tutdu. Ümumiyyətlə isə Ukraynada müharibə aparan Rusiya generallarının hamısı cinayətkardır.

Əminəm ki, onların hər biri yerinə yetirilməyəcək tapşırığın icrası üçün göndərildiklərini bilirlər. Onlara da aydındır ki, Putinin verdiyi əmrləri yerinə yetirmələri imkansızdır.

Digər tərəfdən, Putin artıq müharibədəki uğursuzluqlara görə məsuliyyəti generalların çiyinlərinə yükləməyə başlayıb. Açıq görünür ki, Putin bu generallara güvənmir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600