Putinin oğlu dünyaya gəlib

media-hightechnic-468x90

-Кабаева-родила-уже-второго-ребенка-от-Владимира-ПутинаfgvRusiya prezidenti Vladimir Putinin oğlu dünyaya gəlib.

Bu haqda məlumatı İsveçrənin “Blick” nəşri yayıb.

Məlumata görə, Putinə yaxınlığı ilə tanınan və Rusiyanın “Milli Media Qrupu” Holdinqinin direktorlar şurasının sədri vəzifəsində çalışan Alina Kabayeva İsveçrənin Tessin əyalətinin “Müqəddəs Ann” klinikasında uşaq doğub.

Bu klinika öz reputasiyasına görə dünyada çox populyar hesab edilir.

Putinin oğlunun dünyaya gəldiyi haqda artıq bu əyalətinin bütün sakinləri danışırlar.

İsveçrə mediası son günlər Putinin ictimaiyyət qarşısına çıxmamasını bununla əlaqələndirirlər.

Qeyd edək ki, mart ayının 11-dən etibarən Putin xəstəlik adıyla bütün səfərlərini təxirə salıb.

Ancaq Kremlin saytı bu gün Putinin Rusiya Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedevlə görüşü haqda fotolar yayıb. Hətta, onun mart ayının 16-da Sankt-Peterburq şəhərində Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşü nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600