Putinin şəxsi nümayəndəsi Slavyanskda yoxa çıxıb

media-hightechnic-468x90

dddRusiya tərəfi ATƏT nümayəndələrinin azad edilməsi üçün Ukraynanın cənub-şərqinə göndərilən Putinin şəxsi nümayəndəsi Vladimir Lukinlə əlaqə yarada bilmir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, Slavyanskda hərbi əməliyyatların başlamasından sonra Lukinlə əlaqə yaratmaq mümkün olmayıb.

Qeyd edək ki, ötən həftə Slavyanskda separatçılar ATƏT-in 11 hərbi müşahidəçisini girov götürmüşdülər.

Danışıqlardan sonra onlardan biri – diabet xəstəliyindən əziyyət çəkən İsveç zabiti azad edilmişdi(axar.az).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa