Putinin Türkiyəyə səfəri başlayıb

Rusiya prezidenti Vladimir Putinin Türkiyə rəsmi səfəri başlayıb.

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezidentin təyyarəsi Ankaraya enib.

Məlumata görə, Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İqamətgahında görüşəcək. Sabah baş tutacaq görüş əsnasında Türkiyə-Rusiya əlaqələri, eləcə də, Suriya və İraq başda olmaqla regional məsələlər müzakirə olunacaq.