Putinlə Əliyev nədən danışacaq?

media-hightechnic-468x90

img1624815-300x185İlham Əliyev və Vladimir Putin iqtisadi əlaqələri müzakirə edəcək.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin gələn il keçirilməsi planlaşdırılan görüşünün bəzi detalları məlum olub.

Prezidentlərin Yekaterinburq şəhərində keçiriləcək görüşündə Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə ediləcək.
Bundan başqa prezidentlərin görüşündə regional məsələlərin də müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti 2015-ci ilin payızında Rusiya-Azərbaycan forumunun keçirilməsi ilə bağlı qərarı təsdiqləyib. Yekaterinburq şəhərində keçiriləcək Rusiya-Azərbaycan forumunda prezident İlham Əliyev və Vladimir Putinin iştirak edəcək.
Görüşdə prezidentlərin təkbətək görüşü gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600