“Putinlə sülh” siyasəti Trampın hakimiyyətini LAXLADIR: Konqres təzyiqi ARTIRDI

media-hightechnic-468x90

“İctimai rəy və Konqresin təzyiqi Trampı daha sərt mövqeyə məcbur edə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoiloq Tural İsmayılov deyib.

media-received_134779442136886

O, ABŞ Konqresinin Prezident Donald Trampın siyasətinə qarşı ata biləcəyi addımları şərh edib.

Politoloq bildirib ki, Konqresdə Trampın Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərindən narahatlıqlar artmaqdadır:

“Son xəbərlərə əsasən, bir çox qanunverici Trampın Putinlə şəxsi diplomatiya səylərinin Ukrayna münaqişəsini həll etməkdə effektiv olub-olmayacağını şübhə altına alır. Trampın Rusiya ilə bağlı siyasəti, xüsusilə də Ukrayna müharibəsi kontekstində həm Respublikaçı, həm də Demokrat senatorlar tərəfindən diqqətlə izlənilir. Bəzi məlumatlara görə Tramp Putinlə telefon danışığı zamanı atəşkəs danışıqlarına başlamaq üçün “sülh memorandumu” təklif edib. Lakin Rusiyanın bu memorandumu hələ də göndərməməsi ABŞ rəsmiləri arasında məyusluq yaradıb. Bu vəziyyət Trampın Rusiyaya qarşı yumşaq mövqeyinin Kremli daha da cəsarətləndirdiyi iddialarını gücləndirib”.

Onun sözlərinə görə, Konqresdəki bəzi Respublikaçılar və Demokratlar, xüsusilə senatorlar Lindsi Qrem və Riçard Blumental, Rusiyaya daha sərt sanksiyalar tətbiq etmək üçün ikipartiyalı qanun layihəsi hazırlayıblar:

“Bu qanun layihəsi Rusiyanın enerji ixracatını hədəf alaraq, Kremlin müharibəni maliyyələşdirmə qabiliyyətini zəiflətməyi hədəfləyir. Tramp isə sanksiyaların sülh danışıqlarını poza biləcəyindən ehtiyatlandığını bildirib, lakin son açıqlamalarında “qətiyyətlə” sanksiyaları nəzərdən keçirdiyini vurğulayıb. Rusiyanın Ukraynaya qarşı son hava hücumları, xüsusilə 367 dron və raketlə həyata keçirilən ən böyük hücum Trampın Rusiya rəhbərliyini “dəli” adlandırmasına səbəb olub. Bu hücumlar nəticəsində onlarla mülki vətəndaş həlak olub, bu da beynəlxalq təzyiqi artırıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın diplomatiyaya maraq göstərmədiyini və Putinin “siyasi oyunlar” oynadığını bəyan edib”.

T. İsmayılova görə, Konqresdəki tərəfdarlar hesab edirlər ki, sanksiyalar Rusiyanı danışıqlar masasına gətirmək üçün yeganə real təzyiq vasitəsidir:

“Lakin Trampın sanksiyalara qarşı tərəddüdü bəzi müttəfiqləri, xüsusilə Avropa ölkələrini narahat edir. Çünki onlar Putinin atəşkəsə razı olacağına şübhə ilə yanaşırlar. Avropa İttifaqı və Böyük Britaniya artıq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib, ABŞ-ni də bu addıma qoşulmağa çağırıblar. Trampa qarşı addımlarla bağlı isə Konqresin birbaşa hərəkətə keçəcəyi ehtimalı aşağı görünür, çünki bu, siyasi cəhətdən riskli və qanuni əsas tələb edir. Bununla belə, ictimai rəy və Konqresin təzyiqi Trampı daha sərt mövqeyə məcbur edə bilər. Nəticədə, Trampın Putinlə münasibətləri və sanksiyalar məsələsi ABŞ-Rusiya münasibətlərinin gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaq. Gələcək həftələr bu məsələdə həlledici olacaq, çünki sülh danışıqları və ya sanksiyalarla bağlı qərarlar regionda sabitliyə birbaşa təsir edəcək”.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600