!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verildi

!Reklam – Yazi

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, “AHF Arena”da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandaları çıxıblar.

Görüşün favoriti sayılan son ölkə çempionu fasiləyə 6 topluq üstünlüklə yollanıb – 15:9. “İdman Akademiyası” ikinci hissədə də rəqibin təhlükəli həmlələrini dəf etməyə çalışsa da, ustalıq səviyyəsi öz sözünü deyib. Oyun 37:22 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.

Günün ikinci matçında “Azərsu” “U-16” ilə qarşılaşıb. Bu oyunda da imkanları daha yüksək qiymətləndirilən “Azərsu” inamlı qələbə qazanıb – 22:10.

İkinci turun görüşlərində də favoritlər növbəti qələbələrini qazanıblar. “Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” “U-16” komandasına 30:15 hesabı ilə qalib gəlib.

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv