“Təcrübə göstərir ki, ən çox mikro və kiçik sahibkarlıq subyektləri arasında üstünlük təşkil edən qadınların ilkin maliyyələşdirmə üçün resurslara çıxışı zəif olduğundan onlar əsasən ailəsi və ya şəxsi yığımlarından istifadə edirlər. Onların yalnız cüzi hissəsi bank kreditlərindən istifadə edirlər”.
Yenicag.az xəbər verir ki, bunu “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, Dövlət Komitəsinin təşəbbüsü ilə ölkədə sahibkar və kənd qadınlarının assosiasiyaları yaradılıb.
Bahar Muradovanın sözlərinə görə, görüşlərdə sahibkar qadınlar tənzimləmə sistemlərinin, xüsusilə də vergi və gömrük prosedurlarının öz biznesləri üçün böyük bir yük olduğunu bildirirlər. Qadın sahibkarların 80 faizə qədərinə yerli müştərilər üz tutur.
www.yenicag.az