!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatdı - FOTO

!Reklam – Yazi

Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən “Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatdı.

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 4-5 noyabr tarixlərində Lənkəran şəhərində qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələrini əhatə edən layihə icra olunub.

“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” “Trendyol”un maliyyə, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilmişdir. Proqram Azərbaycanın Lənkəran, Masallı, Cəlilabad, Beyləqan, Biləsuvar, Bərdə, Gəncə və Mingəçevir bölgələrindən olan, gender stereotipləri, maliyyə çətinlikləri və resurslara əlçatanlığın olmaması kimi əhəmiyyətli maneələrlə üzləşən 35 qadının iştirakı ilə baş tutmuşdur. Keçirilən təlim, vörkşop və panel müzakirələrdə qadınların ekoloji cəhətdən təmiz sahibkarlıq sahəsində praktik bacarıqları müzakirə olunmuş, onların həm iqlim dəyişikliyi ilə mübarizə, həm də yerli iqtisadi inkişafa töhfə vermələri istiqamətində bilik və bacarıqları möhkəmləndirilmişdir.

Dayanıqlılıq və COP29-a yönəlmiş qlobal hərəkata uyğun olaraq, proqramda uğurlu qadın sahibkarların çıxışları, yaşıl liderlik mövzusunda panel müzakirələri və sosial media idarəçiliyi, rəqəmsal marketinq və resurslardan istifadə üzrə praktiki vörkşoplar yer almışdır.

Tədbir Gender Hub Azərbaycanın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT Azərbaycanın tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşavir Ülviyyə Əkbər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, “Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova və Yerli İcra Hakimiyyəti başçısının müavininin açılış nitqləri ilə başlayıb. Daha sonra uğurlu qadın sahibkarlar  öz ilhamverici həyat hekayələrini paylaşmış, sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafı təşviq etməkdə hansı unikal imkanlara sahib olduqlarını vurğulayan “Yaşıl Liderlik: Qadın sahibkarlar və dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsi baş tutmuş, sosial media idarəçiliyi və rəqəmsal marketinq üzrə vörkşoplar keçirilmiş, yaşıl sahibkarlığın və kənd təsərrüfatında davamlı təcrübələrin təşviqi mövzusunda sessiya baş tutmuşdur. Proqram “design thinking” metodu ilə baş tutan qrup fəaliyyəti ilə yekunlaşmışdır.

Qeyd edək ki, layihə “Trendyol”un, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilib.

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv