Qadın sirkə turşusu içərək öldü

Ucar sakini sirkə turşusu içərək ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Ramal kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramilə Oktay qızı Hüseynova sirkə turşusu içib. O, Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq R.Hüseynova xəstəxanada ölüb.

Hələlik hadisənin hansı zəmində baş verməsi məlum deyil.

Faktla bağlı araşdırmaya başlanılıb./Report/