Qadın velosipedçimiz İtaliyada qalib olub

media-hightechnic-468x90

loDünya kuboku və Avropa çempionatı ərəfəsində çıxışlarını davam etdirən velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası İtaliyada birinci kateqoriyalı “Giorni delle Rose” kubokunda iştirak edib.

media-banner_tuq

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığma komandamızın üzvü Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında bütün rəqiblərini geridə qoyaraq turniri 1-ci pillədə başa vurub və reytinqinə 80 xal əlavə edib. Olqa keyrində də uğurla çıxış edərək 2-ci yeri tutub və reytinqini daha 72 xal artırıb.

Digər velosipedçimiz Yelena Pavluxina sketç üzrə yarışlarda 26 idmançı arasında 12-ci nəticə göstərib. Kişilər arasında sprint yarışlarında isə yığma komandamızın üzvü Sergey Omelçenko 34 nəfər arasında 7-ci olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05