!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxunub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, K.Cəfərova Cinayət Məcəlləsinin həmin maddələri ilə (insan alveri) təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

www.yenicag.az

173
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100