Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Qadınlarımız toya gedəndə qızıllarını taxa bilmirdi" - Millət vəkili

“Sabitlik bizim üçün hər şeydən öndədir. Bunu sabitliyin olmadığı dövrdə yaşamış biri kimi deyirəm. O günlər getsin, bir də gəlməsin. Gecə çölə çıxmağa qorxurduq. Xaos, anarxiya baş alıb gedirdi. Aləmi böhran bürüdü. Hətta qadınlarımız toya gedəndə zinyət əşyalarını taxa bilmirdi. Nəticədə dövlət neçə illərlə geri düşdü”.

Yenicag.az xəbər verir ki, bu sözləri millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Şurasının İdarə Heyətinin geniş tərkibli iclasında çıxış edərkən deyib.

“Azərbaycan” qəzetinin baş redaktoru bildirib ki, son günlərdə ölkəmizdə sabitliyi pozmağa cəhd edənlər var:

“O vaxt Heydər Əliyev xalqın tələbi ilə geri qayıtmasaydı, anarxiya uzun illər davam edəcəkdi. Təəssüf ki, bu daha çox müsəlman ölkələrin başına gəlir. Guya insanlar inqilab, demokratiya istədilər. Nəticədə evləri dağıldı, sağlamlığı əldən getdi. Avropaya üz tutanlar isə bədbəxt hadisələrlə üzləşirlər. Belə hesab edirəm ki, Azərbaycanda sabitliyin pozulması yönündə kim addım atırsa, o, bu xalqın, dövlətin düşmənidir. Biz bu sabitliyi qorumalıyıq. Biz mətbuat işçiləri olaraq hər şeyi öncədən görə bilirik. Terror bütün dünyanı bürüyüb. Məqam düşən kimi, bu sabitliyi pozmaq istəyənlər var. Müxtəlik radikal qruplar din altında pərdələniblər. Bunlar üçün din pərdədir. Tapşırıq gələn kimi pul naminə bunu canla-başla icra etməyə çalışırlar. Bu, Azərbaycan üçün bir sınaq oldu. Sabitliyin pozulmaması üçün hamımız birləşdik. Azərbaycan mətbuatı da bu dönəmdən üzüağ çıxdı”.

www.yenicag.az

1093
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS