Qafqaz Tarixi Mərkəzinin Türkiyə üzrə Təmsilçiliyinin fəaliyyəti genişlənir.
Qardaş Türkiyədə Azərbaycan QHT-nin xarici ölkələrdə diaspor fəaliyyətləri dövlətimizin prioritet məsələlərdən biridir. Qafqaz Tarixi Mərkəzi direktoru tarixçi Rizvan Hüseynovun rəhbərliyi altında bir sıra ölkələrdə bu istiqamətdəki fəaliyyətləri təqdirəlayiqdir.
Belə ki, Qafqaz Tarixi Mərkəzinin Türkiyədəki Təmsilçiliyin rəhbəri Qarabağ Müharibəsi və SQ veteranı, ehtiyyatda olan polkovnik Akif QASIMOV xaricdə diaspora fəaliyyətlərini uğurlu şəkildə həyata keçirməklə ölkəmizi Türkiyədə yüksək səviyyədə təmsil edir.
Akif Qasımov Türkiyədəki fəaliyyətləri haqqında bunları deyib: “Qafqaz Tarixi Mərkəzinin Türkiyə Təmsilçiliyi olaraq həm fərdi şəkildə və həm də müxtəlif yerli QHT və platformalarda iştirak edərək Azərbaycan həqiqətlərinin çatdırılması üçün elmi konfranslar təşkil edirik, müxtəlif tədbirlərdə iştirak edirik və eyni zamanda Türkiyə televiziya kanalları vasitəsilə Azərbaycan həqiqətlərini Türkiyə ictimaiyyətinə çatdırırıq.
Qafqaz Tarixi Mərkəzinin Türkiyə Təmsilçiliyinin uğurlarından biri də Türk Dənizçilik və Global Stratejilər Mərkəzi (Türk DEGS) ilə əməkdaşlıq etməsidir. Türk DEGS Mərkəzinin rəhbəri Müstafi Tümamiral Doç. Dr. Cihat YAYCI Türkiyədə və xaricdə tanınan bir şəxsiyyətdir. Onun yazıları və sosial media şəbəkələri yerli və xarici ictimaiyyətin çox ciddi şəkildə diqqət mərkəzindədir. Və belə bir mərkəzlə əməkdaşlıq etməmiz isə Azərbaycanın strateji maraqlarına xidmət edəcəkdir. Biz eyni zamanda Türkiyədə fəaliyyət göstərən Azərbaycan Dərnəkləri Federasiyası və digər QHT quruluşları ilə də əməkdaşlıq edirik. Və sonda, bütün bu fəaliyyətlərin əsas məqsədi ölkə başçısının ölkəmizdə apardığı islahatlara dəstək nümayiş etdirməkdir.”
www.yenicag.az