“Qalatasaray” “Qarabağ”ın rəqibinə qalib gəldi

media-hightechnic-468x90

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi “Elfsborq”u məğlub edib.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin “Budyo Qlimt” komandası isə səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşıb.

Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” noyabrın 7-də “Budyo Qlimt”in, dekabrın 11-də isə “Elfsborq”un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600