“Qalatasaray”dan 20-ci qələbə

media-hightechnic-468x90

Galatasaray AS v FC Schalke 04 - UEFA Champions League Round of 16Türkiyə Superliqasının VI turunda “Türk Telekom Arena”da “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” derbilərdə üstünlüyə sahib olub. 88 və 90 1-ci dəqiqələrdə Uesli Sneyderin dublu sayəsində 3 xala sevinən “Cim-Bom” son 4 mövsümdə 20-ci qələbəsini qazanıb.

“Aslanlar”ın “Beşiktaş” və “Fənər”lə oynadığı bu görüşlərin 17-si ölkə çempionatında baş tutub ki, 3 qarşılaşma da Türkiyə kubokunda reallaşıb. “Sarı-qırmızılar” 11 dəfə meydanı qalib tərk edib. 6 matç heç-heçə başa çatıb. 3 oyunda isə məğlubiyyətə üzülüb.

Bundan başqa, “Qalatasaray” Superliqanın son 3 mövsümündə “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”la “Türk Telekom Arena”da qarşılaşdığı oyunların 7-sində sevinən tərəf olub. (apasport.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600