Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qalatasaray“ın keçmiş məşqçisinin meyiti tapıldı

Reklam: Sinerji Pro

ass325Türkiyənin “Qalatasaray” klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zafer Koç ölü halda tapılıb.

Yenicag .az-ın Report-a istinadən məlumatına görə, 2 uşaq atası olan Z.Koç ötən gün evini tərk edib.

Həyat yoldaşı dəfələrlə zəng etsə də, o, telefonunu açmayıb. Bu gün səhər isə sabiq məşqçinin meyiti bir mənzildən aşkarlanıb. Ölünün üzərində zərbə və ya yara izinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun cənazəsi tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, “Qalatasaray” klubu 51 yaşlı Zafer Koçu 2 ay öncə işdən çıxarıb. Həmin vaxtdan o, depressiyada olub. Z.Koç klubun aşağı yaş qrupları üzrə komandasında Arda Turan, Aydın Yılmaz, Mehmet Güven, Uğur Açar və Fərhat Öztorun kimi futbolçulara məşqçilik edib.

Loading...

www.yenicag.az

283
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100