Qalmaqal böyüyür: deputatlar ABŞ bayrağını yandırdı – VİDEO

İran parlamentinin deputatları ABŞ bayrağını yandırıblar.

Yenicag.az bildirir ki, onlar, eyni zamanda nüvə sazişi yazılmış kağızı da külə döndəriblər.

Hadisəyə səbəb, prezident Donald Trampın dünən gecə saatlarında ABŞ-ın nüvə sazişindən çıxmasını rəsmən elan etməsidir.

İran parlamentinin deputatları bayrağı yandırarkən, “Amerikaya ölüm” şüarları səsləndiriblər.

Məlumat üçün bildirək ki, ABŞ, dünən Bakı vaxtı ilə saat 22:00 radələrində İranın nüvə proqramı üzrə razılaşmasından çıxıb.

Tramp rəsmi Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsal etməkdə  günahlandırılıb.

Onun  sözlərinə görə, İran hətta razılaşmaya əməl etsə belə, qısa müddət ərzində nüvə silahı yarada bilər.

Zaur H.