Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qaməti düzgün formalaşdıran “ağıllı” stul hazırlanıb

Rusiya Federasiyasının Cənubi Ural Dövlət Universitetinin alimləri məktəblilərin qamətini nəzarətdə saxlayan stul hazırlayıblar.

Yenicag.az e-tibb.az-a istinadən xəbər verir ki, “ağıllı” stulun tənzimləyiciləri oturan şəxsin vəziyyətini müəyyən edir və səliqəsiz şəkildə oturduqda siqnal verir.

Qurğunun köməyi ilə gənc yaşdan qaməti düzgün inkişaf etdirmək mümkündür. O, həm də müxtəlif xəstəliklərin qarşısını almağa kömək edəcək.

“Ağıllı” stul görünüşünə görə adi oturacaqlara bənzəyir. Cihazın üstünlüyü insanın düzgün oturuş formasını müəyyənləşdirən və onu xəbərdar edən tənzimləyicilərin mövcud olmasındadır. O, dayaq-hərəkət sistemi ilə əlaqəli patologiyaları təyin etmək qabiliyyətinə də malikdir.

Tənzimləyicilər bütün informasiyanı uşağın valideyninin və ya müəlliminin mobil telefonuna ötürür. Məlumat ötürülməsi Wi-Fi və ya Bluetooth vasitəsilə həyata keçirilir. Qurğunun köməyilə müəllimlər hər bir məktəblinin vəziyyətini öz monitorlarında izləyə biləcəklər.

www.yenicag.az

512
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM