SON DƏQİQƏ: İki hərbçimiz vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu vəfat edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hərbi qulluqçular – tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Qeyd edilib ki, polkovnik- leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular.

Həkimlərin səyinə baxmayaraq hərbi qulluqçularımızın həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600