Ayaq damarlarında yerləşən tromblaşma bəzən ölümcül ola bilir. Qan laxtalanması ürəyə və ağ ciyərlərə kimi gedib çatarsa ölüm riski daha yüksəkdir.
Yenicag.az xəbər verir ki, qan laxtalanması çox zaman yediyimiz zərərli qidalardan əmələ gəlir. Ölümcül tromblaşmanın qarşısını almaq üçün həkimlər əsas 6 qida məsləhət görürlər.
Su – Su az içilən zaman qan qatılaşır və tromblaşma riski daha da artır.
Kivi – Ümumilikdə meyvə və tərəvəz qəbulu insan sağlamlığı üçün hər zaman tövsiyyə olunan qidalar sırasındadır. Norveçdəki Oslo universitetinin alimləri kivinin qan laxtalanmasının qarşısını almasını sübut ediblər. Gün ərzində 2-3 kivi yemək insanda demək olar ki, troblaşmanın qarşısını tamamilə alır.
Ədviyyatlar – Qan laxtalanmasının qarşısını alan digər qida isə sarımsaqdır. Hətta qədim zamanda misirlilər sarımsaqdan dərman kimi istifadə ediblər. Sarımsağın kəskin dadı qanı durultma qabiliyyətinə sahibdir. Eyni zamanda kəklik otu, zəncəfil, acı qırmızı bibər, nanə də laxtalanmanın qarşısını alan ədviyyatlardandır.
Zeytun yağı – Zeytun yağı həm laxtalanmanın qarşısını almaq üçün, həm də ürək-damar xəstəliklərinə qarşı digər bitki yağlarından daha faydalıdır.
Balıq – Omeqa 3 yağ asitlərinin zəngin olduğu qidalar tromblaşmanın qarşısını ala bilir. Üstəlik Omega 3-lə zəngin qidalar qalınlaşan arterial damarları da incəldir.
Qırmızı şərab və üzüm – Şam yeməyində içilən bir qədəh şərab qan laxtalanmasının qarşısını alır. Spirtli içki içməyənlər isə qırmızı üzüm suyu qəbul edə bilərlər.
Son olaraq isə trans yağları bacardığımız qədər az qəbul etməliyik. Çünki doymuş yağlar qanda iltihabı artırır, qanın sərbəst axmasını əngəlləyərək laxtalanmaya səbəb olur.