!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“…qanımdandır” sənədli filmi bölgələrdə nümayiş olundu-Foto

!Reklam – Yazi

12421413_1139753429402699_536698313_nTalassemiya xəstəliyi haqqında çəkilən “…qanımdandır” sənədli filmi bölgələrdə nümayiş olundu.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə talassemiya xəstəliyinin ən çox yayıldığı Masallı,Lənkəran,Göyçay və Şəki şəhərlərində “…qanımdandır” talassemiya xəstəliyi haqqında sənədli film layihəsi gerçəkləşib. Son zamanlar qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi haqqənda çəkilən film Ceyhun Əliyevin layihəsidir. Statistikaya əsasən Azərbaycan da, bu xəstəliyin çox yayıldığı ölkələr qrupuna aiddir. Bu problemi aradan qaldırmaq üçün dövlət başçısı cənab İlham Əliyev tərəfindən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqrama dəstək olaraq gerçəkləşən layihə, hər 4 rayonda gənclər və ziyalılar qarşısında nümayiş olunub. Məqsəd gəncləri maarifləndirmək və nigaha daxil olan zaman müayinədən keçməyi,qanlarını yoxlatdırmağı təbliğ etməkdir. Layihə çərçivəsində əvvəlcə Orxan Cahangirin rejissorluğu ilə çəkilən “…qanımdandır” adlı talassemiya xəstəliyi haqqında sənədli film nümayiş olundu. Filmdə çəkilişlər Respublika Talassemiya Mərkəzində aparılıb və orda olan bu xəstəlikdən əziyyət çəkən uşaqların həyat tərzi işıqlandırılıb.

Filmin nümayuişindən sonra Masallı və Lənkəranda, Lənkəran Qan Bankının, Şəkidə isə Şəki Qan Bankının əməkdaşlarının köməkliyi ilə, könüllü qan vermə aksiyası gerçəkləşdi. “Qan ver yaşat” deyən gənclər könüllü olaraq bu xəstəlikdən əziyyət çəkən xəstələr üçün qan verdilər. Uğurla yekunlaşan layihə yüzlərlə insanı bu xəstəlik haqqında məlumatlı etdi.

www.yenicag.az

909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv