“Qanun” Nəşriyyatı XXI Beynəlxalq Kitab Sərgisində fəaliyyətini bərpa etdi
“Qanun” Nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi XXI Beynəlxalq Kitab Sərgisində fəaliyyətini təmin edib.
“Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlu Yenicag.az-a bildirib ki, sərgidə onlara ayrılan yerin başqa nəşriyyata verildiyini öyrəniblər:
“Sərgidə bizə ayrılan yerin başqa nəşriyyata verildiyini öyrəndik. Bu barədə mediaya açıqlama verdikdən sonra Mədəniyyət Nazirliyindən əlaqə saxlanıldı və sərgidə fəaliyyətimiz bərpa olundu. Düşünürəm ki, belə bir hadisə baş verməsəydi daha yaxşı olardı. Bu qəbuledilməzdir.”
Qeyd edək ki, Ş.Xuduoğlu əvvəlcə Musavat.com-a açıqlamasında sərgidə ayrılan yerin başqa şəxslərə verilməsi səbəbindən nəşriyyatın fəaliyyətini dayandırdığını və oxuculardan üzr istədiyini bildirmişdi.
Nurlan Cəfəri