Qanunsuz balıq ovlayanlar saxlanıldılar

media-hightechnic-468x90

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Arzu Babayevanın Yenicag.az-a verdiyi məlumata görə, araşdırma zamanı qanunsuz balıq ovlayanların Neftçala rayon sakini Rahil Xankişiyev və Salyan rayon sakini Şahin Cəbrayılov olduğu müəyyən edilib, onlardan uzunluğu 20 metr olan 2 ədəd sintetik tor götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib olunub, qanunamüvafiq tədbirlər görülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600