Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz işləyən çörək sexi bağlandı

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Musayev Namiq Xıdır oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yenicag.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyena qaydalarına və texniki normativ hüquqi aktların tələblərinə, istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.

Eyni zamanda işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.

www.yenicag.az

150
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100