!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz kömür quyuları aşkar olundu

!Reklam – Yazi

Göygöl rayonunun Toğanalı, Qax rayonunun Kiçik Alatəmir kəndləri ərazisində, vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon Toğanalı kənd sakinləri Məmməd Süleymanov, İsmət Həsənov və Qax rayon Kiçik Alatəmir kənd sakini Əfqan Omarov olduğu müəyyən edilib:

“Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları ləğv edilib”.

Xidmət rəsmisi vurğulayıb ki, kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur:

“Buna görə də qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, ictimaiyyəti isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda ETSN-in “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırırıq”.

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv