Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz ov edən şəxslərlə bağlı QƏRAR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında, Mingəçevir su anbarında, Araz və Xaçın çaylarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Ramal Səfərov, Samux rayon sakini Ruslan Quliyev, Yevlax rayon sakini Zamin Həşimov, İmişli rayon sakini Səhliyal Fətullayev olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda, Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakini Zaur Tuayev və Sumqayıt şəhər sakini Fikrət Xalıqov saxlanılaraq cərimələnib.

www.yenicag.az

138
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100