!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qara qızıl”ın gələn il üçün QİYMƏT PROQNOZU: “Neftin maya dəyəri təqribən 20 dollardırsa...”

!Reklam – Yazi

“Sabah situasiya dəyişərsə, həmin proqnoz da şəraitə uyğun qaydada yenilənə bilər”.

Bu fikirləri ABŞ-ın nüfuzlu “Goldman Sachs” bankının 2024-cü il üçün neftin qiymətini 92 dollar həddində proqnozlaşdırmasını şərh edən iqtisadçı Xalid Kərimli  Yenicag.az-a açılqmasında deyib.Onun sözlərinə görə, mövcud və yaşana biləcək geosiyasi risklər neftin qiymət proqnozunda özünü əks etdirir:

“Goldman Sachs”ın gələn il üçün neftin qiymətini 92 dollar həddində proqnozlaşdırması heç də aşağı rəqəm deyil. Onsuz da bu ehtimal geosiyasi risklər nəzərə alınaraq irəli sürülür. Belə təşkilatlar zaman-zaman analoji proqnozlar verir.

Adıçəkilən qurum ABŞ-nin ilk üçlükdə olan ən böyük bank və investisiya şirkətlərindən biridir. Mövcud və yaşana biləcək geosiyasi risklər qiymət proqnozunda özünü əks etdirir. Neftin maya dəyərinin təqribən 20 dollar olduğunu nəzərə alsaq, o halda geosiyasi münaqişələr yaşanmasa, neftin qiyməti 55-60 dollar səviyyəsinə düşər.

Digər tərəfdən, OPEC+ ölkələri neft qiymətlərini tənzimləməsə, bu göstərici daha aşağı olar. Səudiyyə Ərəbistanı və Rusiya öz kvotalarını əhəmiyyətli dərəcədə aşağı salaraq hasilatı azaldır. Bu amil neft qiymətlərinin yüksək həddə qalmasına xidmət edir. Eyni zamanda, neft qiymətlərinin müəyyənləşməsinə Rusiya-Ukrayna müharibəsinin təsiri də vurğulanmalıdır.

Bundan başqa, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkəni digər dövlətlərə güzəştli qiymətlərlə neft satışına məcbur edir. Artıq Avropa Rusiyadan neft almaqda maraqlı deyil. İsrail-HƏMAS qarşıdurması isə neftin qiymətlərinə o zaman önəmli təsir edəcək ki, müharibə Qətər, İraq və İran ərazilərinə sıçrasın. Lakin bu ehtimal yüksək deyil. Bütün hallarda “Goldman Sachs”ın açıqladığı rəqəm sadəcə, proqnozdur. Sabah situasiya dəyişərsə, həmin proqnoz da şəraitə uyğun qaydada yenilənə bilər”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv