“Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi

media-hightechnic-468x90

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start verilib.

Yenicag.az xəbər verir ki, I turun açılış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köhlən atlar”ın heyətində 6-cı dəqiqədə Redon Cica hesabı açıb. 3 dəqiqə sonra Riçard Almeyda fərqi iki topa çatdırıb. 47-ci dəqiqədə Hamidu Keyta qonaqların üstünlüyünü bir qədər də möhkəmləndirib. Naxçıvan təmsilçisinin heyətində 86-cı dəqiqədə Nuno Rodriqes buraxılan qollardan birinin əvəzini çıxsa da, final fitinə iki dəqiqə qalmış adını tabloya yazdıran Abbas Hüseynov “Qarabağ”ın böyükhesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600