“Qarabağ” bu gün Konfrans Liqasında ikinci matçına çıxır

media-hightechnic-468x90

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində ikinci matçına çıxacaq.

Yenicag.az-ın məlumatına görə, Ağdam təmsilçisi H qrupunda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Matç bu gün Nikosiya şəhərində Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Qrupun digər matçında “Bazel” (İsveçrə) “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” ilk turda Bakıda “Bazel”lə 0-0 oynamışdı. İlk turdan sonra qrupdakı hər dörd komanda bir xal toplayıb

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600