Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ” Fransadan xalla dönür

Reklam: High Technic

img1689701Qarşlaşmanın ikinci hissəsində qol olmadı və oyun 1:1 hesablı heç-heçə ilə bitdi.

Beləliklə, “Qarabağ” növbəti mərhələyə çıxmaq şansını qoruya bildi. Komandamız son turda Milan “İnter”ini Bakıda qəbul edəcək.

***

Qarşılaşmada ilk hissə bitdi. Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollandılar.

***

“Sent-Etyen” hesabı bərabvərləşdirdi. 21-ci dəqiqədə komandamız üstünlüyü əldən verdi.

***

“Qarabağ” “Sent-Etyen”in qapısından qol keçirdi. 15-ci dəqiqədə Vüqar Nadirov fərqləndi.

***

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçını keçirəcək.

F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirəcək. Qrupda son səfər oyununa çıxacaq Qurban Qurbanovun yetirmələri Sent-Etyen şəhərində 1/16 final şanslarını həll edə bilər. Fransada qazanılan xallar təmsilçimizin ümidlərini son turadək saxlayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək. Oyunu isə islandiyalı referi Kristin Yakobsson idarə edəcək.

Qeyd edək ki, “Qarabağ”ın digər rəqibləri “İnter” və “Dnepr” Milanda üz-üzə gələcək.

Avropa Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
F qrupu

00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Kristin Yakobsson
Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson
Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson
Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)
Hakim-inspektor: Youni Hiitya (Finlandiya)
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya)
Sent-Etyen. “Ceffri Quiçard” stadionu

SENT-ETYEN: 16. Stefan Ruffier, 2. Teofile Katarine, 20. Conatan Brison, 26. Mustafa Bayal Sall, 6. Jeremi Klement (k), 10. Renaud Çohade, 18. Fabien Lemoine, 24. Loik Perrn, 7. Maks-Alain Qradel, 13. Van Volfsvinkel, 21. Romen Amuma
Ehtiyat oyunçular: 30. Jessi Moulin, 19. Florentin Poqba, 11. Yohan Mollo, 28. İsmail Diomande, 8. Benjamin Korqne, 22. Kevin Monnet-Paket, 23. Paul Baysse

Baş məşqçi: Kristof Qaltye

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7 Namiq Yusifov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17.Vüqar Nadirov
Ehtiyyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 6. Hacı Əhmədov, 3. Tərlan Quliyev, 99. Namiq Ələsgərov

Baş məşqçi: Qurban Qurbanov (musavat.com)

Loading...

www.yenicag.az

327