!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağ İtkin Ailələri" İctimai Birliyindən beynəlxalq təşkilatlara çağırış - FOTO

!Reklam – Yazi

Mayın 25-də Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyində “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin mətbuat konfransı təşkil olunub.

Yenicag.az xəbər verir ki, konfransda çıxış edən İctimai Birliyin sədri Könül Behbudova qurumun yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirilib ki, İctimai Birliyin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir, girov götürülmüş şəxslərin və onların ailələrinin hüquqlarını qorumaq, həmçinin onlara dair məlumatların toplanmasını təmin etməkdir.

Bununla yanaşı, Birlik tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP), BMT-nin İnsan Hüquqları Şurasının zorakı və ya qeyri-iradi itkin düşmələr üzrə İşçi qrupu itkin düşmüş şəxslər üzrə Qlobal Alyans və digər beynəlxalq təşkilatlar qarşısında itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələlər qaldırılır.

İctimai Birlik, eyni zamanda, itkin ailələrinin və girovluqdan azad edilmiş şəxslərin sosial problemlərini öyrənərək, yaşadıqları və müvəqqəti məskunlaşdıqları ərazilərin müvafiq icra orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməklə onlara sosial, mənəvi-psixoloji yardım göstərməyə çalışacaq.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi əsir-girovluqdan azad edilmiş vətəndaşlarımıza erməni təcavüzkarları tərəfindən tətbiq olunmuş işgəncə, zorakılıq aktlarına və qeyri-insani rəftara dair faktları beynəlxalq ictimaiyyətə çatdırmaqla onların diqqətini müharibə qurbanlarının hüquqlarının qorunmasına yönəltməyi əsas vəzifələrdən biri kimi nəzərdə tutur.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfi itkin düşmüş, həmçinin əsir və girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları onların ailələrinə və Azərbaycan tərəfinə vermir. Bu da itkin düşmüş şəxslərin ailə üzvlərinin haqlı narazılığına səbəb olub.

Tədbir zamanı, həmçinin azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən çoxsaylı minaların basdırılmasına da toxunulub.

Vurğulanıb ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasn işğaldan azad olunmuş ərazilərdə qazıntı və ekshumasiya işləri aparır.

Tədbirdə Ermənistana müraciət ünvanlanaraq, itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi tələb edilib.

Bildirilib ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar belə faktlara səssiz qalmamalı, Ermənistanın beynəlxalq hüquq normaları ilə müəyyənləşən məsuliyyətini, cavabdehliyini gündəliyə gətirməlidir. İtkin düşmüş minlərlə şəxsin ailəsi beynəlxalq aləmdən bu ədalətli mövqeyə dəstək verilməsini gözləyir.
Mətbuat konfransı zamanı, eyni zamanda, aprel ayında yolu azaraq Ermənistan ərazisinə keçmiş və orada saxlanılmış hərbçilərimizin Azərbaycana verilməsi barədə beynəlxalq təşkilatlara çağırış edilib.

İtkin ailələri adından bəyan edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan parlaq, tarixi Qələbə 30 il ərzində gözü yolda qalan itkin ailələrinə yeni ümid bəxş edib. İtkin ailələri dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasəti müdafiə edir və dəstəkləyirlər.

Sonda itkin düşmüş şəxslərin ailə üzvləri öz yaxınlarının taleyi barədə məlumat veriblər.

COP29

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv