!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qarabağ" "Linkoln"u darmadağın etdi: 5 cavabsız qol! - YENİLƏNDİ

!Reklam – Yazi

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən “köhlən atlar” növbəti III təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” bu raundda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda “Ludoqorets” qələbə qazanıb – 2:0.

***

Leandro Andrade 72-ci dəqiqədə hesabı 5:0 edir.

***

Yasin Benzia 65-ci dəqiqədə hesabı 4:0 edir.

***

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ilk hissə başa çatıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə üstün yollanıb – 3:0.

“Köhlən atlar”ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

***20:31

Olaviyo Juninyo 31-ci dəqiqədə dubl edir. “Qarabağ” – “Linkoln” 2:0

***

“Qarabağ” və “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“Köhlən atlar” doğma meydanda hesabda önə keçiblər – 1:0.

***20:02

“Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.

***19:36

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və “Linkoln” komandalarının start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 97. Fabiyan Buntiç, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

“Linkoln”: 1. Nauset Santana, 6. Bernardo Lopes, 5. İbrahim Ayev, 8. Yahaya, 11. Culian Valerino, 22. Torilla, 21.Nano, 20. İtan Britto, 21. Nano, 22. Qrem Torilya, 23. Co, 24. Con Sarcent

Baş məşqçi: Xavi Munyos

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək. Ağdam təmsilçisi ilk görüşdə 2:0 hesabı ilə qalib gəlib.

COP29

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv