UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” – “Sivasspor” matçı başa çatıb.
Təmsilçimiz oyun ərzində iki dəfə önə keçsə də, hər iki halda bu üstünlüyünü qoruya bilməyib və meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Bu, “Qarabağ”ın qrup mərhələsində dörd oyundan sonra dördüncü məğlubiyyəti olub.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” – “Sivasspor” matçında beşinci qol vurulub.
“Sivasspor” hesabda önə çıxıb.
Kone 79-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
“Qarabağ” – “Sivasspor” matçında beşinci qol vurulub.
“Sivasspor” hesabda önə çıxıb.
Kone 79-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Sivasspor” oyununda 4-cü qol vurulub.
58-ci dəqiqədə Olarenvayu Kayode hesabı bərabərləşdirib.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Sivasspor” oyununda ikinci hissə start götürüb.
İlk yarıdan sonra hesab 1:1 bərabərdir – 1:1.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Sivasspor” oyununda birinci hissə başa çatıb.
Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun “Qarabağ” – “Sivasspor” oyununda hesab dəyişib.
Yenicag.az xəbər verir ki, Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.
***
“Qarabağ” UEFA Avropa Liqasının I qrupunun IV turunun “Sivasspor”la oyununda hesabı açıb.
Yenicag.az xəbər verir ki, Abdullah Zubir 8-ci dəqiqədə komandasını önə çıxarıb.
***
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə “Qarabağ” və “Sivasspor” komandaları arasında oyun start götürüb.
Yenicag.az xər verir ki, İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.
/Report/
www.yenicag.az