Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Yenicag.az xəbər verir ki, günün yaganə oyununda “Neftçi” “Qarabağ”ı qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:0 hesablı qələbəsi ilə bitib. Ağdam təmsilçisinin qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə isə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq, dubl edib.
Xallarının sayını 44-ə çatdıran “Qarabağ” birinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 32 xalla üçüncü sıradadır.
Qeyd edək ki, XVI turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt”, “Zirə” – “Turan Tovuz” görüşləri dekabrın 4-də olacaq./Report/
***
21:00
Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.
Yenicag.az əbər verir ki, ilk oyun günündə bir “Qarabağ” səfərdə əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlir.
www.yenicag.az