!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında ölkə çempionu “Qarabağ” “Sumqayıt”ın qonağı olub.

“Kapital Bank Arena”dakı qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb – 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, “gənclik şəhəri” təmsilçisi iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün digər oyununda “Səbail” “Turan Tovuz”u qəbul edəcək. Turun açılış görüşündə “Sabah” səfərdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək “Qəbələ” – “Şamaxı” və “Neftçi” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv