“Qarabağ” “Sürix”lə oyununa görə azarkeşlərinə müraciət etdi

media-hightechnic-468x90

“Qarabağ” klubu iyulun 27-də İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

“UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) – “Qarabağ” matçını “Letsiqrund” stadionundan izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü satılacaq. Biletin qiyməti 25 İsveçrə frankıdır”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda “Qarabağ” 3:2 hesabı ilə meydandan qalib ayrılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05