Qarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu - FOTO

media-hightechnic-468x90

Qarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu

Mayın 14 -də azad edilmiş torpaqlarda həyata keçirilən strateji layihələr arasında Qarabağ Universitetinin yaradılması xüsusi önəm daşıyır. Bu ali təhsil müəssisəsi yalnız elmin və biliklərin mərkəzi deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin simvolik davamıdır.

Yenicag.az xəbər verir ki, elm, təhsil və milli ruhun vəhdətini özündə birləşdirən Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatı təsis olunub və bu münasibətlə universitetdə tədbir keçirilib.

Tədbirdə Qarabağ Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə qonaqları salamlayaraq bildirib ki, Həmkarlar İttifaqı Komitəsinin (HİK) yaradılması universitetin sosial-mədəni həyatında əhəmiyyətli bir addımdır. Rektor qeyd edib ki, HİK-in yaradılması əməkdaşların hüquqlarının qorunması, sosial rifahının artırılması, həmçinin universitetin ümumi inkişafına töhfə vermək məqsədi daşıyır.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev Qarabağ Universitetində çıxış etməkdən qürur duyduğunu bildirib. Həmkarlar İttifaqı təşkilatının yaradılmasının tələbə və müəllim heyətinin həyatında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edib ki, ittifaq üzvləri, istər hüquqlarının qorunması, istərsə də komitə tərəfindən həyata keçirilən layihələrdən faydalanmaq baxımından, bu təşkilatdan geniş şəkildə yararlanacaqlar.A.Paşayev diqqətə çatdırıb ki, HİK əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda universitet daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil edir.

Tədbirdə HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar verilib.

Sonra Qarabağ Universitetində təsis olunan HİK-in səsvermə yolu ilə komitənin sədri və üzvləri seçiliblər.

Sonda tədbir iştirakçıları və qonaqlar universitetin yataqxanası, kitabxanası və yeməkxanasına baş çəkərək tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600